BMT-nin baş katibindən XƏBƏRDARLIQ: “Ukraynada mümkün müharibə ...”
“BMT-nin baş katibi Antoniu Quterreş dünya liderlərinin Ukrayna ilə bağlı təmaslarını davam etdirəcəyinə ümid edir və mümkün müharibənin fəlakətlə nəticələnəcəyinə inanır”.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə baş katibin sözçüsü Stefan Düjarrik deyib.
Onun sözlərinə görə, baş katib dünya liderlərinin bu məsələnin həlli uzun müddət tələb etsə belə, danışıqları davam etdirəcəyinə inanır:
“Münaqişə təkcə Ukrayna əhalisi üçün deyil, bütövlükdə region üçün fəlakət olacaq. Baş katibin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində avropalı və digər tərəfdaşlarla bir sıra təmasları olub”.
Oxşar xəbərlər
BMT Şimali Koreyanı nüvə məsələsi ilə bağlı danışıqlara çağırıb
BMT ballistik raketin buraxılışı fonunda Koreya Xalq Demokratik Respublikasını (KXDR) yarımadanın nüvəsizləşdirilməsi üzrə danışıqları bərpa etməyə çağırıb. BAK...