BMT Şimali Koreyanı nüvə məsələsi ilə bağlı danışıqlara çağırıb
BMT ballistik raketin buraxılışı fonunda Koreya Xalq Demokratik Respublikasını (KXDR) yarımadanın nüvəsizləşdirilməsi üzrə danışıqları bərpa etməyə çağırıb.
BAKU.WS TASS-a istinadən xəbər verir ki, bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
"BMT-nin Baş katibi raket buraxılışından xəbərdardır və hesab edir ki, diplomatik əlaqə və danışıqlar Koreya yarımadasının tam və yoxlanıla bilən nüvəsizləşdirilməsinə nail olmaq üçün yeganə yol olaraq qalır", - Düjarrik qeyd edib.
Xatırladaq ki, KXDR bu gün yerüstü qurğudan ballistik raket atışı həyata keçirib. Raket Yapon dənizinə düşüb.
Oxşar xəbərlər
Trampdan Şimali Koreyaya qeyri-adi təklif
Tramp Hanoyda KXDR liderindən öz raketlərini ABŞ-a verməsini istəyib.ABŞ prezidenti Donald Tramp fevral ayında Hanoy şəhərində təşkil olunmuş sammit zamanı Şima...