Bir zamanların məşhur modeli dini fəaliyyətlə məşğul olmağa başlayıb - VİDEO

Bir zamanların məşhur modeli Yaşar Alptekin dindar olub.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, o məscidlərdən birində çıxışı zamanı görüntülənib.
Videoda Yaşarın məscidə yığışanlar üçün dinə aid fikirlər səsləndirdiyi kadrlar yer alıb. Sözügedən görüntülər İstanbulun Eminönündəki Marputçular məscidində lentə alınıb.
Dindar həyat tərzi sürən Alptekin, Sakıp Sabancı'nın dəfnindən çox təsirləndiyini və dindar həyatının dəfndən sonra başladığını deyib.

Xatırladaq ki, Yaşar Alptekin 1964-cü il martın 10-da Tekirdağda doğulub. Şarköy liseyindən məzun olduqdan sonra İstanbula gəlib. 1980-ci ildə modelliklə məşğul olub. 1981-ci ildə rəqs yarışlarında iştirak edib. 1986-cı ildə "Kuruluş" adlı serialda rol alıb.
Həmin vaxtlar Yaşar Türkiənin ən məşhur modellərindən biir idi. O "Teyzem" adlı serialda aktrisa Müjde Ar ilə də tərəf müqabili olub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİR + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...
