Bayram Kərimov və Amin Musayev evlərinə yola salınıb - ÖZƏL
30
dek
2020
12:17
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Dekabrın 14-də Ermənistanın əsirliyindən azad edilmiş hərbçilərimiz Amin Musayev və Bayram Kərimov artıq evlərinə yola salınıb.
Bu barədə BAKU.WS-in bölgə müxbiri məlumat verib.
Bildirilir ki, hərbçilərimiz əsirlikdən qaytarıldıqdan sonra 14 gün karantində saxlanılıblar. Bu müddət başa çatdıqdan sonra Amin Musayev və Bayram Kərimovun səhhətində heç bir problem aşkar edilmədiyi üçün yola salınıb.
Qeyd edək ki, Amin Musayev Ağstafa rayonuna, Bayram Kərimov isə yaşadığı Gəncə şəhərinə yola düşüblər.
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...