Bayden: “Biz xəbərdarlıq etdik, Zelenski qulaq asmaq istəmədi”
ABŞ Rusiyanın Ukraynaya hücuma hazrlaşması barədə Kiyevə xəbərdarlıq edib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Prezidenti Cozef Bayden deyib.
Demokratlar Partiyasının donorlarının toplantısında çıxış edən Ağ Ev rəhbəri ABŞ kəşfiyyatının Rusiyanın Ukraynaya hücum edəcəyi barədə bildiyini, Kiyevə xəbərdarlıq etdiyini, lakin “Ukrayna Prezidenti Volodimir Zelenskinin eşitmək istəmədiyini” deyib.
Bayden əlavə edib ki, Birləşmiş Ştatlarda da çoxları Rusiyanın işğalının reallığına inanmır və Prezident “onları başa düşə bilər”.
ABŞ Prezidentinin Ukrayna lideri barədə gözlənilməz açıqlaması rəsmi Kiyevin Qərb müttəfiqlərini Ukraynaya ağır silahların çatdırılmasını sürətləndirməyə ümidsiz çağırışları fonunda baş verib. Zelenski administrasiyası bildirib ki, Rusiya qoşunları ağır artilleriya qurğularının sayına görə Ukrayna Silahlı Qüvvələrini üstələyir, Donbasda Rusiyanın hücumunu son gücü ilə saxlayan ukraynalılarda döyüş sursatları çatmır. Cəbhələrdə vəziyyəti əsaslı şəkildə dəyişdirə biləcək çoxlu raket sistemlərinin təchizatı naməlum səbəblərdən təxirə salınıb.
Oxşar xəbərlər
ABŞ Ukraynaya 800 milyon dollarlıq hərbi yardım paketini ELAN ETDİ
ABŞ Prezidenti Cozef Bayden Ukraynaya yeni 800 milyon dollarlıq hərbi yardım paketini elan edib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Amerika l...