ABŞ-dan XƏBƏRDARLIQ: Belqoroda qoşun toplanır, Rusiya bu tarixdə...
Rusiya ya bazar günü, ya da gələn həftənin əvvəlində Ukraynaya yeni hücuma keçə bilər. Buna görə, ABŞ müttəfiqlərini Ukraynaya daha çox artilleriya və sursat verməyə çağırır.
BAKU.WS "publika.az"-a istinadən xəbər verir ki, bu barədə "NBC News" ABŞ Müdafiə Nazirliyinin iki yüksək rütbəli nümayəndəsinə istinadən məlumat yayıb.
“Rusiya bu həftə sonu və ya gələn həftənin əvvəlində Ukraynada hərbi kampaniyanın növbəti mərhələsinə başlaya bilər ”, - deyə telekanal bildirib.
Qeyd edilir ki, anonimlik şərti ilə brifinq keçirən Müdafiə Nazirliyi rəsmiləri ABŞ-ın müttəfiqlərini hücum zamanı tükənməməsi üçün Ukraynaya daha çox artilleriya və sursat göndərməyə razı salmağa çalışdığını bildirib. ABŞ-ın hesablamalarına görə, bu, yaxın günlərdə baş verə bilər.
Müdafiə nazirinin müavini Hanna Malyarın daha əvvəl dediyi kimi, cənub və şərq bölgələri bütün ölkəni hədəfə almadan əvvəl düşmən üçün strateji hədəflərdir.
Amerikanın "Maxar Technologies" şirkəti tərəfindən toplanan və təhlil edilən peyk görüntüləri göstərir ki, Rusiya Ukraynanın şərqinə hücum etmək üçün Belqorod vilayətində qoşun toplayır.
Oxşar xəbərlər
Rusiya hərbi texnikalarını Ukraynanın şərqinə doğru çəkir - FOTO
Rusiya qüvvələrinin Ukraynanın şərqinə doğru irəlilədiyini göstərən yeni görüntülər paylaşılıb. BAKU.WS xəbər verir ki, bu barədə peyk görüntülərini "Maxar Tech...