Bayden 1,9 trilyon dollarlıq yardım paketini imzaladı
ABŞ prezidenti Co Bayden koronavirusun ölkəyə mənfi təsirini azaltmaq üçün həyata keçirilməsi planlaşdırılan 1,9 trln. dollarlıq yardım paketini imzalayıb.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, bəzi ekspertlər prezident tərəfindən imzalanan bu paketi pandemiyaya qarşı aqressiv yardım adlandırıblar.
“Bu tarixi qanun ölkənin onurğa sütununu yenidən inşa etməklə yanaşı bu millətə, işləyənlərə, orta sinif, ölkəni inşa edən insanlara müharibə aparmaq şansı verir”, - deyə Bayden bildirib.
Qeyd edək ki, yardım paketi ABŞ-da əksər vergi ödəyicilərinə adambaşı 1400 dollar birbaşa ödəniş nəzərdə tutur. Həmçinin yerli hökumət orqanları 350 mlrd. dollar dəstək alacaqlar. Restoran, aviaşirkət və universitetlər də yardım paketindən faydalanacaq müəssisələrdəndir.
Oxşar xəbərlər
Senat Baydenin 1,9 trilyon dollarlıq iqtisadi dəstək paketini qəbul edib
Prezident Cozef Baydenin 1,9 trilyon dollarlıq iqtisadi dəstək paketini ABŞ Senatında qəbul edib. BAKU.WS Anadolu agentliyinə istinadən xəbər verir ki, respubl...