Bakıda bu gün keçiriləcək parad belə olacaq - TARİXİ ANLAR - VİDEO

Bakıda bu gün keçiriləcək parad belə olacaq - TARİXİ ANLAR - VİDEO
Video
Siyasət 639

Bu gün Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parad keçiriləcək.

BAKU.WS xəbər verir ki, AzTV parada hazırlıqdan geniş süjet yayımlayıb. Süjetdə paradın necə olacağı ilə bağlı bir çox məqam öz əksini tapıb.

Möhtəşəm paradın son hazırlıqları yekunlaşıb və tarixi anlara saatlar qalıb.

Qeyd edək ki, Bakının Azadlıq Meydanında keçiriləcək “Zəfər paradı”nda 3000 nəfərdən artıq şəxsi heyətin iştirakı, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlərin nümayiş etdirilməsi nəzərdə tutulur.

Paradda Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdiriləcək.

Son xəbərlər