Bağdat Amreyev: Ağdam əvvəlki şöhrətini dirçəldəcək
Yeniliklərdən dərhal xəbərdar olun
"İşğal altındakı Azərbaycan torpaqlarının geri qaytarılması və azad edilməsini 30 il gözlədilər".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Ağdamda səfərdə olan Türkdilli dövlətlərin əməkdaşlıq şurasının baş katibi Bağdat Amreyev deyib.
"Bu, yalnız Azərbaycan xalqı üçün deyil, bütün türk ölkələri üçün çox böyük bir qələbədir. Həmin səbəbdən bütün qardaş türk xalqları qələbəni bu cür qəbul etdilər. Bu gün dağılmış Ağdamı ziyarət etdik. Aydın idi ki, bu şəhər öz ağalarını gözləyir.
Ağdam əvvəllər firavan idi, əminəm ki, torpaqlar azad edildikdən sonra azərbaycanlılar bu yerlərin əvvəlki şöhrətini canlandıraraq buraya qayıdacaqlar. Bu gün burada olduğumuza və bütün bunları öz gözlərimizlə gördüyümüzə görə çox şadıq", - o deyib.
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...