Azərbaycandan Ermənistanan RƏSMİ CAVAB
21
may
2018
10:12
Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin Azərbaycan-Ermənistan sərhədinin bəzi hissələrində Azərbaycan ordusunun öz mövqelərini yaxşılaşdırmaq üçün guya aktiv mühəndis işləri aparması barədə bəyanatını “məsuliyyətsiz və əsassız” adlandırıb. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən “RİA Novosti” agentliyinə bildirilib.“Bu bəyanat ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycan hərbçisinin öldürülməsi ilə nəticələnən təxribatına bəraət qazandırmaq və onu ört-basdır etmək məqsədi güdür”.Nazirlikdən bildiriblər ki, Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində vəziyyət son vaxtlar sabit idi, ancaq Ermənistanın müdafiə və xarici işlər nazirlərinin oraya səfərindən sonra ermənilər təxribat törətməyə başlayıblar”.Qeyd edək ki, bu açıqlama Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan ordusunun öz mövqelərini yaxşılaşdırmaq üçün aktiv mühəndis işləri aparması barədə bəyanat yayıb.BAKU.WS
Oxşar xəbərlər
Müdafiə Nazirliyindən Ermənistana XƏBƏRDARLIQ: "Şəhidin qisası qısa müddətdə alınacaq"
Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşır...