Azərbaycanda iki Konstitusiya qanunu ləğv edilir
16
mar
2019
12:14
Azərbaycanda iki Konstitusiya qanunu ləğv edilir.BAKU.WS ONA-ya istinadən xəbər verir ki, bunlar “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” 19 yanvar 1993-cü il tarixli Konstitusiya qanunu və “Azərbaycan Respublikasının Dövlət himni haqqında” 27 may 1992-ci il tarixli Konstitusiya qanunudur.Konstitusiya qanunlarının ləğvi barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında da müzakirə olunub. Müzakirələrdən sonra komitənin üzvləri hər iki Konstitusiya qanunlarının ləğvini parlamentin plenar iclasına çıxarılmasını tövsiyə ediblər.Hər iki sənədin ləğv edilməsi “Azərbaycan Respublikasının Dövlət Gerbinin istifadə qaydası haqqında” və “Azərbaycan Respublikasının Dövlət Himninin istifadə qaydası haqqında” yeni qanun layihələrinin qəbul olunması ilə əlaqədardır. BAKU.WS
Oxşar xəbərlər
Dövlət gerbinin və himninin istifadəsi QAYDALARI ilə bağlı QANUN qəbul edilib
Milli Məclisin bu gün keçirilən plenar iclasında yeni hazırlanan “Azərbaycan Respublikasının Dövlət gerbinin istifadəsi qaydaları haqqında” və “Azərbaycan Respu...