Dövlət gerbinin və himninin istifadəsi QAYDALARI ilə bağlı QANUN qəbul edilib
12
fev
2019
15:54
Milli Məclisin bu gün keçirilən plenar iclasında yeni hazırlanan “Azərbaycan Respublikasının Dövlət gerbinin istifadəsi qaydaları haqqında” və “Azərbaycan Respublikasının Dövlət himninin istifadəsi qaydaları haqqında” qanun layihələri ikinci oxunuşda müzakirəyə çıxarılıb.BAKU.WS report-a istinadən xəbər verir ki, 9 maddədən ibarət olan “Azərbaycan Respublikasının Dövlət gerbinin istifadəsi qaydaları haqqında” qanun layihəsində dövlət gerbinin istifadəsinə dair yeni məhdudiyyətlər müəyyənləşdirilib.Layihəyə əsasən, dövlət gerbi Konstitusiya qanununa uyğun təsvir edilməli və nəzərdə tutulan qaydada istifadə edilməlidir.Dövlət gerbinin oturulan, ayaq basılan və natəmiz yerlərə vurulması və ya həmin yerlərdə təsvir edilməsi qadağandır.Qanunun tələblərini pozan şəxslər İnzibati Xətalar Məcəlləsinə, dövlət gerbi barədə təhqiredici hərəkətlər edən şəxslər isə Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.“Azərbaycan Respublikasının Dövlət Himni haqqında” qanun layihəsi də 9 maddədən ibarətdir və Azərbaycan dövlət himninin ifa edilməsi, oxunması və dinlənilməsi qaydalarını müəyyən edir.Qanunun 6-cı (Dövlət himninin ifa edilməsinə, oxunmasına və dinlənilməsinə dair tələblər) maddəsinə əsasən, dövlət himni orkestr, xor və ya orkestr-xor tərəfindən, yaxud başqa vokal üsullarla və ya alətlər vasitəsilə, həmçinin səsyazma vasitələrindən istifadə etməklə bütün hallarda tam ifa edilir.Vətəndaşlar üçün dövlət himninin ifa edilməsinə, oxunmasına və dinlənilməsinə dair tələblər bunlardır:1. Ayaq üstə və sona qədər oxumaq (oxumadıqda isə ayaqüstə və sona qədər dinləmək),2. Himn ifa edilən zaman Azərbaycanın dövlət bayrağı qaldırılarsa (asılarsa), dövlət bayrağına tərəf baxmaq,3. "Dövlət qulluğu haqqında" qanunun 2.3-cü maddəsində göstərilən orqanlarda (Mərkəzi Bank istisna olmaqla) xidmət edən hərbi və ya xüsusi rütbəli şəxslərin dövlət himni ifa edilən zaman əsgəri salamlaşması qaydaları, o cümlədən Dövlət Himninin ifa edilməsi, oxunması və dinlənilməsi ilə bağlı qaydalar həmin orqanların hərbi nizamnamələri və ya müvafiq aktları ilə tənzimlənir.4.Himn respublika və ya beynəlxalq idman yarışlarında həmin yarışları keçirən idman təşkilatının mövcud təcrübəsi nəzərə alınmaqla ifa edilir.Qanun layihəsinin 7-ci (Dövlət himni ilə əlaqədar məhdudiyyətlər) maddəsinə əsasən, dövlət himninin musiqisinin musiqi əsərlərində istifadəsi qadağan edilir.Himn nəzərdə tutulan qaydada ifa edilməli, dinlənilməli və oxunmalıdır.Müzakirələrdən sonra qanun layihələri səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.BAKU.WS
Oxşar xəbərlər
Deputatlar bu gün büdcə müzakirələrinə toplaşır
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.BAKU.WS Trend-ə istinadən bildirir ki, noyabrın 13, 14 və 15-də keçiriləcək iclasının gündəliyinə 11 məs...