Məmurlar cəzalandırılacaq – YENİ QANUN

Məmurlar cəzalandırılacaq – YENİ QANUN
Siyasət 3426

 

Azərbaycanda məqsədli büdcə fondları və büdcədən kənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə edilməməsi cinayət məsuliyyəti yaradacaq. 

Milli Məclisdən verilən məlumata görə, bununla bağlı "Büdcə sistemi haqqında” qanuna əlavələr edilir.

Qanunun 5.3-cü maddəsinə edilən əlavəyə görə, məqsədli büdcə fondlarının vəsaitinin təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər Cinayət və İnzibati Xətalar məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyacaqlar.

Qanuna daha bir əlavə kimi təklif edilən maddə 27.6-a görə isə "Büdcədənkənar dövlət fondlarının vəsaiti təyinatı üzrə istifadə olunmalıdır və onların başqa məqsədlər üçün xərclənməsinə yol verilmir. Həmin vəsaitin təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər Cinayət və İnzibati Xətalar məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar”.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və oktyabrın 14-də müzakirəyə çıxarılacaq.

Mənbə: APA

BAKU.WS

Son xəbərlər