Azərbaycan və Türkiyə hərbi təyyarələrini səmaya qaldırdı (FOTO)

Azərbaycan və Türkiyə hərbi təyyarələrini səmaya qaldırdı (FOTO)
Siyasət 1285

Türkiyənin Konya şəhərində keçirilən «TURAZ Şahini - 2016» birgə taktiki-uçuş təlimlərinin növbəti günündə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları birgə əməliyyat keçirib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, əməliyyat zamanı qarşıya qoyulan tapşırıq şərti düşmənin strateji obyektləri və bu obyektləri mühafizə edən təyyarələri məhv etmək olub.

Uçuşlardan öncə təyyarəçilərlə brifinq keçirilib. Əməliyyat planı, hava şəraiti və digər məsələlər müzakirə edilib. MiQ-29 və F-16 qırıcı, Su-25 bombardmançı təyyarələrin iştirak etdiyi əməliyyat plana uyğun olaraq həyata keçrilib və uğurla başa çatıb.

Qeyd edək ki, Azərbaycan təyyarəçiləri F-16 qırıcı, türk pilotlar isə MiQ-29 qırıcı və Su-25 bombrdmançı təyyyarələrində əməliyyata qatılıblar.

Təlimlər davam edir.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycan və Türkiyənin bombardmançı təyyarələri hədəfləri məhv etdi (FOTO)

Azərbaycan və Türkiyənin bombardmançı təyyarələri hədəfləri məhv etdi (FOTO)

Türkiyənin Konya şəhərində keçirilən "TURAZ Şahini - 2016" birgə taktiki-uçuş təlimləri davam edir. BAKU.WS-in məlumatına görə, təlimlərin ssenarisinə əsasən A...

1040 Hadisə 11:28 20 mart 2016

Son xəbərlər