Azərbaycanlı iş adamı ürəyindən GÜLLƏLƏNDİ - VİDEO

01
apr
2023
12:39
Türkiyədə tütün məmulatlarının satışı ilə məşğul olan Şamil Xalid adlı azərbaycanlı iş adamı güllələnib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, bədbəxt hadisə dünən axşam saat 19:00 radələrində Ankara şəhərindəki Demetlale məhəlləsində baş verib.
Belə ki, 30 yaşlı iş adamı ortağı Ahmet Dikbaşla mübahisə zamanı güllə yarası alıb.
Mübahisə zamanı şəriki Şamilə atəş açıb. Xəsarət alan Şamil qaçaraq yolda ərzaq mağazalarından birində gizlənib. Sonra Dikbaş ona yenidən atəş açıb. Güllə Şamilin ürəyinə dəyib və o, həyatını itirib.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...
