Azərbaycanın xarici işlər naziri ABŞ-a işgüzar səfərə yola düşüb
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 79-cu sessiyasında iştirak məqsədilə ABŞ-nin Nyu York şəhərinə işgüzar səfərə yola düşüb.
Bu barədə BAKU.WS-ə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Baş Assambleyasının 79-cu sessiyasında, o cümlədən bir sıra digər beynəlxalq tədbirlərdə çıxış etməsi, habelə sessiyanın yüksək səviyyəli həftəsi çərçivəsində xarici dövlət rəsmiləri və beynəlxalq təşkilatların rəhbərləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
Özbəkistan hərbçiləri birgə təlim üçün Azərbaycana gəlib
Özbəkistan Silahlı Qüvvələrinin şəxsi heyəti "Birliyin Gücü – 2026" birgə hərbi təlimində iştirak etmək üçün Azərbaycana gəliblər. Bu barədə BAKU.WS-ə Müdafiə N...