Azərbaycanda yeni informasiya sistemi yaradılır - FƏRMAN
"Invest in Azerbaijan" informasiya sisteminin yaradılır.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmanla "Invest in Azerbaijan" informasiya sistemi haqqında "Əsasnamə" təsdiq edilir.
Müəyyən edilir ki, "Invest in Azerbaijan" informasiya sistemi investorlar tərəfindən elektron qaydada müraciətlərin təqdim edilməsini, habelə Azərbaycan Respublikasında investisiya fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan bütün məlumatların, o cümlədən investisiya mühiti, investisiya layihələri, mövcud tələblər, imtiyaz və güzəştlər barədə məlumatların əldə olunmasını təmin edir. Sistemin sahibi funksiyalarını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, operatoru funksiyalarını isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO həyata keçirir.
Oxşar xəbərlər
Dövlət Departamenti Konqresi Azərbaycana dair 907-ci düzəlişlə bağlı məlumatlandırıb
ABŞ Dövlət Departamenti Konqresə Azərbaycanın "Azadlığa Dəstək Aktı"nın 907-ci düzəlişində nəzərdə tutulan məhdudiyyətlərdən azad edilməsinin müddətinin uzadılm...