Azərbaycan və Serbiya Yüksək Səviyyəli Birgə İşçi Qrupunun iclası keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda Azərbaycan və Serbiya arasında hərbi əməkdaşlıq sahəsində Yüksək Səviyyəli Birgə İşçi Qrupunun iclası keçirilib.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi general-mayor Fərid Əliyevin və Serbiyanin Müdafiə Texnologiyaları İdarəsinin rəisi general-mayor Slavko Rakicin rəhbərlik etdiyi nümayəndə heyətləri görüşüb.
İclasın növbəti mərhələsində müxtəlif xidmət sahələrini təmsil edən altqruplarda "Rəqəmsal Ordu", süni intellekt, kibertəhlükəsizlik, hava hücumundan müdafiə və insansız sistemlər sahələrində, həmçinin birgə təlim və məşqlərin təşkilinə dair müzakirələr aparılıb.
Tərəflər həmçinin hərbi və hərbi-texniki əlaqələrin cari vəziyyətini təhlil edib, əməkdaşlığın genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparıblar.
Qalereya
Oxşar xəbərlər
Özbəkistan parlamentinin sədri Zəfər parkını ziyarət edib
Azərbaycanda səfərdə olan Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanın başçılıq etdiyi parlament nümayəndə heyəti Bakıda Zəfər parkını ziyarət ed...