Azərbaycan və Rusiya XİN başçıları Qarabağ bəyanatını müzakirə ediblər

Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
Bu barədə BAKU.WS "report"a isitnadən xəbər verir.
Məlumata görə, XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı üçtərəfli Bəyanatın reallaşdırılmasını müzakirə ediblər.
"Tərəflər bu ilin 9 noyabrından Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Bəyanatının icra edilməsinin gedişatını, həmçinin gündəlikdə duran regional və beynəlxalq məsələləri müzakirə etdi", - Rusiyanın Xarici İşlər Nazirliyinin tərəflərin telefon danışığının nəticəsinə əsasən xəbərində deyilir.
Oxşar xəbərlər
İlham Əliyev əfv sərəncamı imzaladı (SİYAHI)
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.Dövlət başçısı məhkum olunmuş bir sıra şəxslərin, onların ailə...