Azərbaycan və İran arasında ikitərəfli məsələlər müzakirə olunub
31
iyl
2025
18:30
Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu ilə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı iki ölkə arasında əməkdaşlığın inkişafı müzakirə olunub.
Həmçinin regional və beynəlxalq forumlarda əməkdaşlıq məsələləri ilə bağlı məsləhətləşmələr aparılıb.
Tərəflər bir çox beynəlxalq məsələlərdə iki ölkənin mövqelərinin ortaq olduğunu qeyd ediblər.
Oxşar xəbərlər
Şəhidlərin xatirəsi yad edilib
Vətən uğrunda şəhidlik zirvəsinə yüksələn Rüstəmov Vilayət Məhəmməd oğlu və Həsənov Nurlan Nadir oğlunun əziz xatirələrinə həsr olunmuş anım tədbirləri keçirili...