Azərbaycan-İran sərhədi dostluq və əməkdaşlıq sərhədidir - AÇIQLAMA

Azərbaycan-İran sərhədi dostluq və əməkdaşlıq sərhədidir - AÇIQLAMA
Siyasət 93

"Azərbaycan ərazi bütövlüyünü təmin etdikdən sonra cənab Prezident İlham Əliyev yürütdüyü xarici siyasətin əsas istiqamətlərindən biri kimi region dövlətləri arasında dinc və normal münasibətlərin qurulmasını və yeni əməkdaşlıq formatını təklif etdi. Bu baxımdan əhalinin o bölgələrə qayıtması, yenidənqurma işlərinin aparılması, ərazilərinizin bərpası baxımından digər ölkələr ilə müqayisədə İran üstünlüyə malikdir".

Bu sözləri BAKU.WS-ə açıqlamasında politoloq Şəbnəm Həsənova bildirib.

Azərbaycan-İran sərhədi dostluq və əməkdaşlıq sərhədidir - AÇIQLAMA

Onun sözlərinə görə, bütün bu amilləri nəzərə alaraq ölkə başçımız Xudafərin körpüsünü dostluq sərhədi adlandırdı ki, azadlıq mübarizəmiz də məhz bu istiqamətdən başlayıb:

"Bu sərhədin qorunması Azərbaycan-İran əlaqələrinin inkişafı baxımından vacib əhəmiyyətə malikdir. Son illərdə İran-Azərbaycan arasında siyasi, iqtisadi, nəqliyyat, enerji sahələrində müsbət nəticələr əldə olunur. Hər iki ölkənin sərhəddən keçən vətəndaşları bundan faydalanırlar. Ölkələrimiz arasında Şimal-Cənub nəqliyyat dəhlizi kimi layihələr, enerji infrastrukturu ilə bağlı layihələr inkişaf edir. Eyni zamanda, iki ölkə arasında ildən-ilə artan yüklərin həcmi əlaqələrimizin inkişafından xəbər verir.

Azərbaycan-İran sərhədi dostluq və əməkdaşlıq sərhədidir - AÇIQLAMA

Son rəqəmlər göstərir ki, təkcə Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yükdaşımaların həcmi 20 faiz artmışdır. Azərbaycanın regionda yaratmış olduğu yeni reallıqlar fonunda yeni imkanlar da əmələ gəlmişdir ki, bunun özü həm dövlət qurumları üçün, həm də özəl sektor üçün geniş imkanlar vəd edir. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında İran dövləti və şirkətləri maraqlıdır. Onların da bizə yaxın yerləşməsi, logistika kimi geniş təcrübəyə malik olması da bütün bu işləri sürətləndirəcək".

Politoloq hesab edir ki, bölgənin uzunmüddətli inkişafı, sabitliyin təmin edilməsi və müharibə risklərinin sıfıra endirilməsi üçün bölgədə nəqliyyat layihələr önəmli rol oynayır:

"Bölgədəki ölkələrin bir-biri ilə dəmir yolu bağlantısı olacaq. Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər ki, bu da yalnız Azərbaycan ərazisindən keçə bilər. Rusiya və İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu olacaq. Eyni zamanda, İran ilə Ermənistan arasında dəmir yolu bağlantısı olacaq. Burada iştirakçı olan bütün ölkələrin xalqları ancaq xeyir və fayda əldə edəcəklər.

Azərbaycan-İran sərhədi dostluq və əməkdaşlıq sərhədidir - AÇIQLAMA

Eyni zamanda, İran və Azərbaycan arasında Xudafərin su anbarı ilə bağlı əməkdaşlıq və elektrik stansiyasının tikintisi ilə əlaqədar gələcək planlar artıq çox aktiv fazadadır. Ordubad və Marazad elektrik stansiyaları ilə bağlı işlər uğurla davam edir. Bütün bu amilləri nəzərə alaraq İran bizə yaxın, qonşu dövlətdir, həm siyasi, həm iqtisadi baxımından ikitərəfli və çoxtərəfli münasibətlərimizin inkişaf tempi istər ölkələrimiz, istər xalqlarımız, istərsə də bütövlükdə region üçün ancaq inkişaf vəd edir".

Son xəbərlər