Azərbaycan polisi Gorus-Qafan yolunda separatçıların "bayrağını" bıçaqla qazıdı - VİDEO

Azərbaycanın tarixi Şurnux kəndini geri qaytarması ordumuzun Gorus-Qafan yolunun 21 kilometr zolağına nəzarət etməsi ilə nəticələndi.
BAKU.WS xəbər verir ki, hazırda Gorus-Qafan yolunda Azərbaycan hərbçiləri ilə yanaşı, Azərbaycan polisi də xidmət edir və polis postu qurulub.
Polis bu yol ilə daşınan qanunsuz yüklər ilə yanaşı separatçıların təxribatlarına da nəzarət edir və qarşısını alır. Belə ki, sosial şəbəkələrdə yayılan videoda polis nəfərinin Gorus-Qafan yolu ilə hərəkət edən avtomobilin üzərindəki erməni separatçılarına məxsus əski parçasının işarəsini əks etdirən "simvolu" bıçaqla qazıması əks olunub.
Oxşar xəbərlər
Şuşa uğrunda döyüş və 2020-ci il Dağlıq Qarabağ müharibəsinin qaçırılan dərsləri
2020-ci il Dağlıq Qarabağ müharibəsi kifayət qədər diqqət mərkəzində olmuşdur. Altı həftəlik müharibə haqqında edilən şərh və təhlillər döyüş əməliyyatlarının g...
