Azərbaycan Ordusunun tam modernləşdirilmiş döyüş maşını

22
avq
2019
08:31
Azərbaycan Dövlət Sərhəd Xidməti Bakıda təşkil edilən hərbi sərgidə ZTR 70s döyüş maşınını təqdim edib.BAKU.WS Trend-ə istinadla xəbər verir ki, zirehli maşın Dövlət Sərhəd Xidməti tərəfindən tam modernləşdirilib.Döyüş maşını yüksək manevr qabiliyyətinə malik olub bölmlərin qarşında duran tapşırıqların yerinə yetirilməsi məqsədilə qısa vaxt ərzində təyin olunmuş yerlərə təhlükəsiz çatdırılması üçün təyin olunub.Qülləsində quraşdırılmış 14,5 mm-lik KPVT və 7,62 mm-lik PKT pulemyotları güclü atəş vasitəsi olaraq düşmənin yüngül zirehli texnikalarını və canlı qüvvəsini məhv etməyə, atəş sistemlərini susdurmağa malikdir.Modernləşdirmədən sonra döyüş maşınının sürəti saatda 80 km-dən 120 km-dək artırılıb.
Oxşar xəbərlər
DSX-nın yeni silahı - 3000 metrdən helikopteri məhv edir - FOTO
Dövlət Sərhəd Xidməti Bakıda keçirilən hərbi sərgidə yeni raket kompleksini təqdim edib.BAKU.WS Trend-ə istinadla xəbər verir ki, təqdim edilən raket qurğusu "İ...
