Bir hərbi qulluqçumuz yaralandı
 
                            
                            
                                31
                                iyl
                            
                                2019
                                19:40
                            
                            
                        Dövlər Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində yerləşən sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən BAKU.WS-ə verilən xəbərə görə, 2019-cu ilin 31 iyul tarixində saat 16:40-da döyüş mövqelərimiz düşmən tərəfindən atəşə tutulub. Düşmənin atəş nöqtələri cavab atəşilə susdurulub. Atışma zamanı döyüş növbəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin bir hərbi qulluqçusu yaralanmışdır. Sərhədçiyə dərhal təxirəsalınmaz tibbi yardım göstərilib. Hazırda onun həyatı üçün təhlükə yoxdur. 
                    
                    
                    
                    
                    
                    
                    Oxşar xəbərlər
Elçin Quliyev Ermənistanla sərhədə gəldi
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsi...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                     
                    