Azərbaycan, İran və Rusiya arasında üçtərəfli Anlaşma Memorandumu imzalanıb
Bakıda keçirilən MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclası çərçivəsində Azərbaycan, İran və Rusiya dəmir yolu operatorları arasında üçtərəfli Anlaşma Memorandumu imzalanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, memorandumun imzalanması uzunmüddətli üçtərəfli əməkdaşlığın inkişafında və "Şimal-Cənub" marşrutunun qərb istiqamətinin effektivliyinin artırılmasında mühüm addım olacaq.
Sənəd tarif yanaşmalarının uzlaşdırılmasını, vahid kompleks tarifin formalaşdırılmasını, müntəzəm blok-qatarların buraxılmasını və daşımalar üzrə prosedurların təkmilləşdirilməsini nəzərdə tutur.
Bu mexanizmlərin həyata keçirilməsi Rusiya, Azərbaycan və İran arasında daha proqnozlaşdırıla bilən, sürətli və iqtisadi cəhətdən səmərəli logistika zəncirinin qurulmasına imkan verəcək. Ümumilikdə, bu razılaşma tərəflərin beynəlxalq nəqliyyat dəhlizlərində etibarlı iştirakçı kimi mövqelərini gücləndirir və regionda tranzit axınlarının davamlı artması üçün əlverişli şərait yaradır.
Qalereya
Oxşar xəbərlər
Pakistanın baş naziri Azərbaycanın iqtisadiyyat nazirini qəbul edib
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif bu ölkədə səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nüma...