Azərbaycan hərbi qulluqçuları "Eternity-2025" təlimində iştirak edir
Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən, Türkiyənin Qars vilayətində üçtərəfli "Eternity-2025" kompüter dəstəkli komanda qərargah təlimi keçirilir.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, kompüter dəstəkli və praktiki olmaqla iki mərhələdə icra ediləcək təlim 3 ölkənin ərazisindən keçən strateji obyektlərin və kommunikasiya xətlərinin taktiki səviyyədə mühafizə və müdafiə ssenarisi üzərində qurulub.
Qeyd edək ki, ölkəmizdən Azərbaycan Ordusunun hərbi qulluqçularının və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının iştirak etdiyi birgə komanda qərargah təlimi 24 oktyabr tarixinədək davam edəcək.
Qalereya
Oxşar xəbərlər
Dünya mediası Azərbaycanın qələbəsi və hərbi gücündən nələr yazdı?
"Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb. Verilişdə bildirilib ki, İsveçin "Agenda Nexus" analitik platformasında Azərbaycanın Zəfər Günün...