Azad olunan ərazilərdə 188 hektar ərazi minalardan təmizlənib - FOTO
06
sen
2021
15:04
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilən ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.
Agentlikdən BAKU.WS-ə verilən məlumata görə, avqustun 30-dan sentyabrın 4-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 164, tank əleyhinə 72 mina və 235 ədəd partlamamış hərbi sursat aşkarlanıb.
Nəticədə 188 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Oxşar xəbərlər
Qarabağda nə qədər ərazi minalardan təmizlənib? - FOTO
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib. ANAMA...