Qarabağda nə qədər ərazi minalardan təmizlənib? - FOTO
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.
ANAMA-dan BAKU.WS-ə verilən məlumata görə, iyunun 1-dən iyulun 3-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 1087, tank əleyhinə 316 mina və 461 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 5 633 044 m² (563 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Noyabrın 10-dan iyulun 3-dək isə piyada əleyhinə 8509, tank əleyhinə 3959 mina və 9493 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Beləliklə, nəticədə 33 264 075 m² (3326 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Oxşar xəbərlər
Ötən ay Qarabağda aşkarlanan minaların sayı açıqlanıb
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib. ANAMA...