Atəşkəsin Naxçıvandan pozulması təsadüfi deyil
21
may
2018
10:07
"Naxçıvan istqamətində uzun müddət şəhid verməmişdik. Azərbaycan prezidenti Naxçıvana səfər edərək Ermənistanın ünvanına xəbərdaredici açıqlama verib geri qayıtdıqdan sonra Naxçıvanda şəhid verdik".BAKU.WS xəbər verir ki, bu barədə tanınmış politoloq Elxan Şahinoğlu Naxçıvanda şəhid xəbərini şərh edərkən bildirib. Onun sözlərinə görə, bu təsadüfi deyil.
"Görünür, İlham Əliyevin Naxçıvandakı açıqlamasına bu şəkildə “reaksiya” verdilər. Özü də bu o zaman baş verdi ki, İlham Əliyevdən sonra Ermənistanın güc nazirləri Naxçıvanla sərhəddə baxış həyata keçirdilər. Demək təxribatı əvvəlcədən planlaşdırıblar. Bu Ermənistanın yeni hakimiyyətindən Azərbaycana verilən ilk "mesaj" idi. Doğrudur, cavabını dərhal aldılar, ancaq bu cavab birə-bir olmamalıdır, vaxtilə müdafiə naziri Zakir Həsənovun dediyi kimi bir şəhidimizin qarşlığında onlarla düşmən hərbçisi neytrallaşdırılmalıdır".Elxan Şahinoğlu deyir ki. Indi növbə bizimdir: "Bu dəfə Azərbaycan ordusu cəbhə bölgəsindən Nikol Paşinyana mesaj yollamalıdır".BAKU.WS
Oxşar xəbərlər
Sarkisyan Azərbaycana helikopterlə gəlib gedir (VİDEO)
“Ermənistan prezidenti Serj Sərkisyan Dağlıq Qarabağa helikoterlə gəlib-gedir. Həmin helikopter Azərbaycan sərhədini hər dəfə pozur. Sərhəd pozucusuyla necə rəf...