Ermənilər danışıqlara əhəmiyyət vermir: Cəbhədə şəhid verdik

Ermənilər danışıqlara əhəmiyyət vermir: Cəbhədə şəhid verdik
Siyasət 3406

 

Münaqişəyə dair danışıqlara məhəl qoymayaraq Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində əsgərimiz şəhid olub.

Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, münaqişəyə dair danışıqlardan dərhal sonra Ermənistanın silahlı qüvvələri tərəfindən qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması nəticəsində mayın 17-də Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Tahirli Natiq Namiq oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Dərhal görülən tədbirlər nəticəsində qarşı tərəfin canlı qüvvəsi məhv edilib.

Müdafiə Nazirliyi bir daha bildirir ki, baş verəcək hadisələrə və qarşı tərəfin itkilərinə görə məsuliyyət bütövlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

BAKU.WS

Oxşar xəbərlər

Ordumuz daha bir şəhid verdi (RƏSMİ)

Ordumuz daha bir şəhid verdi (RƏSMİ)

Azərbaycan ordusunun daha bir əsgəri şəhid olub. Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, mayın 12-də qoşunların təmas xəttində düşmənlə atışmada...

3592 Siyasət 14:22 13 may 2016

Son xəbərlər