Argentinada prezidentə hücum edilib - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Argentinada etirazçılar Çubut əyalətinə səfər edən ölkə prezidenti Alberto Fernandesin olduğu avtomobili daşa basıblar.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.
Efirdə nümayiş etdirilən videokadrlarda etirazçıların Fernandesin olduğu mikroavtobusu əhatəyə almaları əks olunub. Etirazçılar avtomobili döyəcləyiblər və qışqırıblar, bir neçə nəfər isə maşını daşa basıb, nəticədə avtomoblin pəncərələrindən birinin şüşəsi sınıb.
Hadisə nəticəsində heç kim zərər çəkməyib.
Etirazçılar Çubut əyalətinin qubernatoru Mariano Arsioninin reallaşdırdığı iri miqyaslı dağ-mədən layihəsinə qarşı narazılıqlarını bildiriblər.
Qeyd edək ki, Argentina prezidenti yanğınlardan zərər çəkmiş zonalara baş çəkmək üçün Çubut əyalətinə gedib.
Oxşar xəbərlər
Maradonanın ölümünə görə 3 günlük matəm elan edildi
Əfsanəvi futbolçu Dieqo Maradonanın ölümünə görə Argentinada 3 günlük matəm elan edilib. BAKU.WS xəbər verir ki, bu barədə Argentina prezidenti Alberto Fernande...