Bu ölkədə karantin rejiminin müddəti uzadılıb

Argentina hökuməti yeni növ koronavirusun yayılmasının qarşısını almaq məqsədilə ölkədə karantin rejiminin müddətini mayın 10-dək uzadıb.
BAKU.WS "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Argentina prezidenti Alberto Fernandesin administrasiyasının mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, ölkə sakinləri gün ərzində 1 saat yaşadıqları ünvandan 500 metrdən uzaq olmamaq şərti ilə gəzmək imkanına sahibdirlər.
Bildirilir ki, iqtisadi fəaliyyət baxımından 500 mindən çox əhalisi olan şəhərlərdə karantin rejimi əvvəlki şərtlər üzrə davam edəcək, kiçik şəhərlərdə isə karantinin şərtləri yumşaldıla bilər.
Oxşar xəbərlər
Böyük Britaniyada karantin rejimi azı üç həftə uzadılıb
Böyük Britaniyada yeni koronavirusun yayılması ilə bağlı elan olunan karantin tədbirləri ən azı üç həftə uzadılıb. BAKU.WS Britaniya KİV-lərinə istinadla xəbər...