NDU-nun Əməkdar müəllimi Zərifə Nəcəfova 91 yaşında vəfat edib

NDU-nun Əməkdar müəllimi Zərifə Nəcəfova 91 yaşında vəfat edib
Hadisə 15

Naxçıvan Dövlət Universitetində uzun illər elmi-pedaqoji fəaliyyət göstərən kimya elmləri namizədi, dosent və Əməkdar müəllim Zərifə Əli qızı Nəcəfova 91 yaşında dünyasını dəyişib.

BAKU.WS xəbər verir ki, Zərifə Nəcəfova 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsini bitirib. O, əmək fəaliyyətinin böyük hissəsini Naxçıvanda təhsil və elm sahəsinə həsr edib.

Mərhum müəllim Naxçıvan Dövlət Pedaqoji İnstitutunda, daha sonra isə Naxçıvan Dövlət Universitetində müəllim, kafedra müdiri və prorektor vəzifələrində çalışıb.

Elm və təhsil sahəsindəki uzunmüddətli fəaliyyətinə görə 2009-cu ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə "Azərbaycan Respublikasının Əməkdar müəllimi" fəxri adına layiq görülüb.

NDU-nun Əməkdar müəllimi Zərifə Nəcəfova 91 yaşında vəfat edib

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər