Pərviz Şahbazov: "Asiyadan Avropaya qədər elektrik enerjisi şəbəkəsi yaratmağı hədəfləyirik"
Azərbaycan Asiyadan Avropaya qədər uzanan inteqrasiya olunmuş və şaxələndirilmiş elektrik enerji əlaqələri şəbəkəsi yaratmağı hədəfləyir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.
Onun sözlərinə görə, belə bir şəbəkə Azərbaycanı təkcə yaşıl enerjinin istehsalçısı və ixracatçısı kimi deyil, həm də müxtəlif regionlar arasında enerji axınlarını birləşdirən əsas regional enerji mərkəzi kimi mövqeləndirəcək: "Genişmiqyaslı transformasiya həmçinin beynəlxalq maliyyə institutları və özəl sektor üçün yeni investisiya imkanları yaradır. Biz özəl sektoru, beynəlxalq maliyyə institutlarını və enerji şirkətlərini regional enerji əlaqələrinin inkişafında fəal iştirak etməyə və formalaşmaqda olan yaşıl enerji bazarının təqdim etdiyi imkanlardan birgə faydalanmağa dəvət edirik. İnanırıq ki, gələcəyin enerji təhlükəsizliyi təkcə ölkələrin sahib olduğu enerji resursları ilə deyil, həm də onların bu resursları birləşdirmək, enerji sistemləri arasında etibarlı əlaqələr qurmaq və ortaq enerji gələcəyimizi formalaşdırmaq bacarığı ilə müəyyən olunacaq".
Nazir Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi üzərində işlərin sürətlə irəlilədiyini bildirib: "Layihənin texniki-iqtisadi əsaslandırmasının 2027-ci ilin mayında tamamlanması gözlənilir, dəhlizin 2030-cu ildə istismara verilməsi planlaşdırılır".
Oxşar xəbərlər
SOCAR və "Citigroup" maliyyə sahəsində tərəfdaşlığın genişləndirilməsini müzakirə edib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ABŞ-nin "Citigroup Inc" arasında maliyyə sahəsində tərəfdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləs...