Bakıdan Tbilisiyə əlavə qatar reysi AÇILIR?
"Bakı-Tbilisi-Bakı marşrutu üzrə əlavə reysin təyin edilməsi ilə bağlı hazırlıq işləri görülüb".
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev deyib.
O bildirib ki, əlavə reysin təyini ilə bağlı Gürcüstan tərəfi ilə danışıqlar aparılır:
"Azərbaycandan Gürcüstana gedənlərə nisbətən əks istiqamətdə gələnlər daha çoxdur. Ona görə də ilk vaxtlarda Tbilisi-Bakı istiqamətində bilet satışında tələbata uyğun olaraq bəzən müəyyən texniki çətinliklər yaranırdı. Amma sərnişinlər bir ay əvvəldən Bakıdan gedişlə yanaşı, qayıdış bileti də ala bilirdilər".
Oxşar xəbərlər
Ət məhsullarında bahalaşma - Xaricdən idxal nə üçün qiyməti ucuzlaşdırmır?
"Ölkədə ət qıtlığının və qiymət artımının qarşısının alınması üçün ilk növbədə yerli heyvandarlığın inkişafına dəstək verilməlidir. Bu istiqamətdə layihələr, su...