"Birliyin Gücü - 2026": Zakir Həsənov təlimdə məşqlərin gedişatını izləyib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçularının iştirakı ilə Azərbaycanda keçirilən "Birliyin Gücü - 2026" birgə hərbi təlimində məşqlərin gedişatını izləyib.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əvvəlcə rəhbər heyət təlim üzrə yaradılan vahid qərargahda birgə əməliyyatların planlaşdırılması və icrası ilə bağlı komandir heyətinin qərarlarına dair məruzələrini dinləyib.
Sonra təlim ərazisində açılan səhra hospitalında olan müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə olunub ki, NATO-nun 2-ci səviyyəli tibbi yardım standartlarına uyğun müasir avadanlıqlarla təchiz edilmiş mobil səhra hospitalı xəstə və yaralıların qəbuluna tam hazırdır.
Daha sonra Nazirliyin rəhbər heyəti təlim iştirakçıları üçün yaradılan sosial-məişət şəraiti və təminat məsələləri ilə maraqlanıb, yataqxanada və yeməkxanada olub.
Məruzə edilib ki, təlimin yüksək səviyyədə təşkili və hərbi qulluqçuların asudə vaxtının səmərəli keçirilməsi üçün təlim rayonlarında bütün imkanlar yaradılıb.
Sonda müdafiə naziri birgə əməliyyatların keçiriləcəyi ərazi ilə tanış olub, təlimə hazırlıq məşqlərini izləyib və təlim rəhbərlərinə müvafiq tapşırıqlar verib.
Qalereya
Oxşar xəbərlər
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respubl...