AP: Cənubi Karolinada 13 ildə ilk dəfə ölüm cəzası icra olunacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabr ayında ABŞ-ın Cənubi Karolina ştatı son 13 ildə ilk dəfə ilk ölüm cəzasını keçirəcək.
Bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Sentyabrın 20-də Cənubi Karolinada Freddie Eugene Ouensin edam ediləcəyi bildirilib. O, 1997-ci ildə mağaza işçisini öldürməkdə təqsirli bilinib.
Cinayətkara edam növünü seçmək hüququ veriləcək. Seçimlərə ölümcül inyeksiya, elektrik stul və ya atəş qrupu daxildir. Bir həftə ərzində öz seçimini səsləndirməsə, onu elektrik stulda öldürəcəklər.
Daha əvvəl Texasda, təxminən 20 il əvvəl şiddət və qətldə günahlandırılan bir adam edam edilib.//AZƏRTAC
Oxşar xəbərlər
Dünyanın ən ölümcül 7 bitkisi - Toxumu belə ölümə səbəb olur - FOTO
Dünyada 390 minə yaxın bitki növü var. Bunların əksəriyyəti zərərsiz olsa da, bəzi bitkilər var ki, onların ən kiçik istehlakı insanları zəhərləmək və öldürmək...