Antalyada turist avtobusu aşdı: Ölən və yaralananlar var – VİDEO
                            
                                14
                                iyn
                            
                                2022
                                23:48
                            
                            Antalyanın Korkuteli rayonu Fethiye şossesində tur avtobusu aşıb.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, qəzada 1 turistin həyatını itirdiyi, 22 nəfərin yaralandığı bildirilib.
Avtobusda 5 fərqli ölkədən gələn 20 turist, 2 bələdçi və 1 sürücü olub. Ölən şəxsin əcnəbilərdən biri olduğu qeyd edilib.
Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara aparılıb.
Qəza ilə bağlı araşdırmalar davam edir.
Oxşar xəbərlər
Ukraynada azərbaycanlıların öldürülməsi faktı ilə bağlı yeni detallar məlum oldu - YENİLƏNİB
"Odessada gün ərzində çox atışma olmamışdı. Lakin gecə saat 2 radələrində əslən Kəlbəcərdən olan soydaşımız etdiyi telefon zəngində azərbaycanlıların olduğu maş...