Ukraynada azərbaycanlıların öldürülməsi faktı ilə bağlı yeni detallar məlum oldu - YENİLƏNİB
"Odessada gün ərzində çox atışma olmamışdı. Lakin gecə saat 2 radələrində əslən Kəlbəcərdən olan soydaşımız etdiyi telefon zəngində azərbaycanlıların olduğu maşının atəşə tutulduğunu bildirdi".
Bu barədə Oxu.Az-a Ukrayna Azərbaycanlıları Radasından (UAR) məlumat verilib.
Bildirilib ki, Odessadan Moldovaya gedən, içərisində azərbaycanlıların olduğu 7-8 maşın diversantlar tərəfindən atəşə tutulub:
"İnsanları çaşdıran diversantların ukraynalı hərbçiləri kimi geyinməsi olub. Kuçorqan məntəqəsinə yaxın bir yerdə maşınları Ukrayna hərbi formasında olan rus diversantları gülləbarana tutublar. Hətta orada olan ukraynalı hərbçilər də atəşə tutulublar. Ölən həmvətənlərimiz Odessa morquna aparılmayıb. Təcili tibbi yardım maşını onları başqa ərazidəki morqa aparıb.
Allah hadisə zamanı ölən həmvətənlərimizə rəhmət eləsin, yaralılara şəfa versin".
***12:46
Odessadan Moldovaya gedərkən atışma zamanı azərbaycanlılar arasında ölən və yaralananlar olub.
Bu barədə Ukrayna Azərbaycanlıları Radasının (UAR) baş katibi Ceyhun Məmmədov məlumat verib. O bildirib ki, ilkin məlumata görə, üç nəfər həlak olub, dörd nəfər yaralanıb:
"Əldə etdiyimiz məlumata görə, onlar diversant qrupların hücumuna məruz qalıb. Bizdə olan məlumata görə, ölənlər 58 yaşlı İsmayılov Rəhim, onun oğlu 28 yaşlı İsmayılov Qalib, 46 yaşlı İsmayılov Nemətdir. Yaralananlar isə 31 yaşlı Tacir Tağıyev, 28 yaşlı Niyazi Tağıyev, 25 yaşlı Camal Salmanov, 21 yaşlı Süleyman İsmayılovdur".
***10:25
Ötən gün gecə saatlarında Odessa şəhərindən 60 km aralıda ölkəni tərk etmək istəyən həmvətənlərimizin maşını diversiya qrupu tərəfindən atəşə tutulub.
BAKU.WS xəbər verir ki, bu barədə AZXEBER.COM-a açıqlamasında Odessada yaşayan tanınmış diaspor sədri Anar Ağazadə söyləyib.
O, sərhəd qoşunlarının formasında diversiya qrupu olduğu ehtimal olunan silahlılar tərəfindən həmvətənlərimizin 7-8 maşından ibarət olan kalonunun atəşə tutulduğunu deyib:
"Onların maşınlarını Pridnestrovye ilə sərhəd Kuçurqan keçid məntəqəsi yaxınlığında gülləbaran ediblər. Hadisə nəticəsində 3 həmvətənimiz dünyasını dəyişib, 4-5 yaralı var. Allah dünyasını dəyişənlərə rəhmət eləsin, günahsız insanların qanına susamış terrorçuların bəlasını versin!"
Oxşar xəbərlər
SON DƏQİQƏ - Kiyev ətrafında rus diversantlar zərərsizləşdirildi
“Belə bir praktika var ki, düşmən qoşunları paytaxta yaxınlaşır. Orada iğtişaş yaratmaq və əhaliyə psixoloji təzyiq göstərmək üçün səy göstərirlər. Bu hadisə Ki...