Antalyada həyəcanlı anlar: Ana uşaqları ilə paraşütdə havada qaldı - VİDEO
24
iyn
2022
16:47
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin turizm şəhəri Antalyanın Bələk rayonunda dincələn ana və iki uşağı qayığa bərkidilmiş paraşütlə havaya qalxıblar. Qayıq sahilə çıxanda paraşüt havada dayanıb.
Həmin anlar ətrafdakıların mobil telefon kamerasına əks olunub.
Ailəni endirmək üçün qayıqdan kəndir qoparılıb. Hoteldə istirahət edən 50 nəfərlik qrup paraşütün havada sabit qala bilməsi üçün səfərbər olub.
Bir müddət havada qalan ana və uşaqları uzun sürən mübarizə nəticəsində hotelin bağçasına endiriliblər.
Oxşar xəbərlər
Bakının gözə batmayan, əxlaqsızlıq təbliğ edən iaşə obyektləri və hotellər - Kimdir müqəssir? - VİDEO
Son günlər yerli KİV-də, eləcə də bir çox sosial platformalarda tez-tez gənclərin otel otaqlarında qeyri-etik görüntüləri tirajlanır. Xüsusilə qadınların bu cür...