Anar Ələkbərov I vitse-prezidentin köməkçisi təyin olundu
17
apr
2017
16:38
Heydər Əliyev Fondunun icraçı-direktoru, Heydər Əliyev Mərkəzinin direktoru, Azərbaycan Avtomobil federasiyasının rəhbəri Anar Ələkbərov Azərbaycan respublikasının I vitse-prezidenti Mehriban xanım Əliyevanın köməkçisi təyin olunub.
BAKU.WS-in əldə etdiyi məlumata görə, bununla bağlı rəsmi təyinat olub. Yaxın vaxtlarda ictimaiyyətə məlumat veriləcəyi gözlənilir.
Qeyd edək ki, Heydər Əliyev Fondunun rəsmi açılış mərasimi 10 may 2004-cü ildə baş tutub. Anar Ələkbərov həmin tarixdən Fondun icraçı-direktoru vəzifəsini daşıyıb.
BAKU.WS
Oxşar xəbərlər
Mehriban Əliyevanın evləndirdiyi gənclər danışdı: "Evimiz var, işimiz var..." (VİDEO)
Valideynlərindən məhrum olan cütlüyə dövlət sahib çıxdı. Azərbaycanın Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüs...