Əli Həsənov: Mehriban Əliyevanın dinamik xarakteri dövlət idarəçiliyinə də sirayət edəcək
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dinamik xarakteri dövlət idarəçiliyinə də sirayət edəcək.
Trend-in məlumatına görə, bunu fevralın 25-də Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov müəllifi olduğu "Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” və "Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitablarının təqdimatında çıxışında deyib.
Mehriban Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi münasibətilə təbrik edən Ə.Həsənov qeyd edib ki, bu təyinat Azərbaycan xalqına, dövlətinə çox xeyir gətirəcək:
"Qarşıdakı illərdə siz Azərbaycanda dövlət idarəçiliyindəki dinamizmi də müşahidə edəcəksiniz. Mehriban xanımın dinamik xarakterinin dövlət idarəçiliyinə də sirayət edəcəyinin şahidi olacaqsınız".
BAKU.WS
Oxşar xəbərlər
Leyla Əliyeva anasını belə təbrik etdi (FOTO)
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva anası Mehriban Əliyevanı yeni təyinat ilə bağlı təbrik edib. BAKU.WS-in məlumatına görə, Leyla Əliyeva...