Almaniyada vətəndaşlıq almaq şərtləri yüngülləşir
Almaniyada koalisiya hökuməti yeni vətəndaşlıq qanununa dəyişikliklərlə bağlı razılığa gəlib. Qanun layihəsi ikili vətəndaşlıq hüququnu genişləndirməklə yanaşı, əcnəbilərin Almaniya vətəndaşı olmaq şərtlərini də asanlaşdıracaq.
Sosial Demokrat Partiyası (SPD), Azad Demokrat Partiyası (FDP) və Yaşıllar Partiyasından ibarət hökumət üzvləri yeni vətəndaşlıq qanunu kimi tanınan naturalizasiya və deportasiya haqqında qanuna dəyişik mövzusunda razılığa gəliblər.
Qanunun yanvar ayında Federal Parlamentdə müzakirəyə çıxarılacağı gözlənilir. Noyabrın 30-da parlamentdə ilk müzakirəsi keçirilən qanun layihəsi qəbul olarsa, ölkədə yaşayan miqrantlar ikili vətəndaşlığa malik ola biləcəklər. Müvafiq olaraq, vətəndaşlıq üçün tələb olunan “qanuni yaşayış müddəti” 8 ildən 5 ilə endiriləcək.
Almaniyada iş və ya təhsil sahəsində uğur qazanan, yaşayış şəraitinə uyğunlaşmaq üçün xüsusi səy göstərənlər üçün bu müddət 3 ilə endirilə bilər.
İkili vətəndaşlığa icazə verən qanun layihəsi çoxlu vətəndaşlığa da icazə verəcək. Eyni zamanda, xarici ölkə vətəndaşı olanların Almaniya vətəndaşlığını itirəcəklərini bildirən tənzimləmə də aradan qaldırılacaq.
Valideynlərdən biri Almaniyada 5 il qanuni yaşayıbsa, ölkədə doğulan əcnəbi uşaqlar Almaniya pasportu ala biləcəklər. Bundan əlavə, uşaqlar valideynlərinin vətəndaşlığını qorumaqla ikili vətəndaşlıq əldə edə biləcəklər.
Oxşar xəbərlər
Ərdoğan, Kılıçdaroğlu və digər namizədlər səs veriblər - YENİLƏNİB - VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan İstanbuldakı Saffet Çebi adına məktəbdə səs verib. BAKU.WS xəbər verir ki, bu barədə “Anadolu” m...