Almaniyada arvad ərini "eBay"da satışa çıxardı
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniyada 40 yaşlı qadın evini, avtomobilini deyil, ərini satmaq qərarına gəlib. BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, o, 7 illik ərini məşhur alış-veriş saytı "eBay"da satışa çıxarıb.
Qadın bu addımını həyat yoldaşının davranışlarından bezməsi ilə əlaqələndirib: "Bezdim, bir-birimizə aid olmadığımızı anladım".
"İstifadə edilmiş ər" yarlığı ilə elan verən arvad, ərinə 18 avro qiymət qoyub. Qadın ərindən o dərəcədə bezib ki, aldıqdan sonra geri qaytarılmamaq şərtilə qiymətdə razılaşmaya hazır olduğunu qeyd edib.
Elanı ilə Almaniyada günün ən çox müzakirəyə səbəb olan mövzusuna çevrilən qadın, bunu əyləncə məqsədilə etdiyini deməklə özünü müdafiə edib.
BAKU.WSOxşar xəbərlər
Teymur Musayev: Azərbaycan iqlim məqsədinə nail olmaq üçün bütün tərəflərlə əməkdaşlıq etməyə hazırdır
Azərbaycan, Bakıdakı COP29-un irsinə əsaslanaraq, ümumi iqlim məqsədinə nail olmaq üçün Türkiyə və bütün tərəflərlə sıx əməkdaşlıq etməyə hazırdır. BAKU.WS "Rep...