Almaniya XİN başçısı İsraildə bomba sığınacağındadır
13
okt
2023
20:57
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniyanın xarici işlər naziri Annalena Berbok HƏMAS-ın İsrailə raket hücumları səbəbindən bomba sığınacağına sığınmaq məcburiyyətində qalıb.
“Report” xəbər verir ki, bu barədə DPA agentliyi yazıb.
Məlumata görə, HƏMAS yenidən Təl-Əvivi atəşə tutub.
“Dəmir qübbə” hava hücumundan müdafiə sistemi işə düşüb.
Hazırda həmrəylik göstəricisi olaraq İsraildə səfərdə olan Almaniya XİN başçısı və onun nümayəndə heyəti sığınacağa getməli olub.
Oxşar xəbərlər
HƏMAS-ın arxasındakı İran - VİDEO
HƏMAS qruplaşmasının İsrailə son qanlı hücumu zamanı beynəlxalq siyasətlə az-çox maraqlanan hər kəsin ağlına bir ölkənin adı gəldi - İran. Doğrudur, ABŞ rəsmilə...