Alim Qasımovun qızına qarşı dələduzluq edən şəxslər saxlanılıblar
Sosial şəbəkədə tanınmış şəxslərə qarşı kiberdələduzluq edən şəxslər saxlanılıblar.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Eldəniz Mehrəliyev və Elnur Məmmədov saxlanılıblar.
Xatırladaq ki, Əməkdar artist Fərqanə Qasımova sosial media hesabında paylaşım edərək dələduzluqla üzləşdiyini bildirmişdi.
O qeyd etmişdi ki, dələduz rəfiqəsinin adından istifadə edərək pula ehtiyacı olduğunu deyib. Nəticədə Fərqanə Qasımova aldanaraq istənilən məbləği göndərib. Onun 400 manatı dələduz tərəfindən mənimsənilib.
Oxşar xəbərlər
Adı dəyişdirildi, sakinləri qovuldu: Gölkəndin azərbaycanlı keçmişi rəqəmlərdə
Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, Qərbi Azər...