Alagöz türk tarixinin izi - Qərbi Azərbaycan Xronikası
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə "Baku TV"də "Muş ermənilərinin yerləşdirildiyi türk yurdu" adlı süjet hazırlanıb.
Bugünkü süjetdə ermənilərin "addəyişmə terroruna" məruz qalan Alagöz toponimi, oronimi və hidronimi haqqında söz açılır.
Bildirilir ki, indiki Ermənistanın əhatə etdiyi, əsrlər boyu oğuz-türklərinin məskən saldığı yurd yerlərini, məkanları unutdurmaq üçün haylar müxtəlif məkrli üsullara əl atıblar.
Alagöz - Talın mahalının Alagöz, sonralar Araqats rayonunda kənd olub. Ermənilər buraya 1828-1829-cu illərdə Türkiyənin Muş, Ayntap vilayətlərindən köçürülərək yerləşdirilib.
Alagöz - Dərələyəz mahalının, Keşişkənd, sonralar Yeğeqnadzor adlandırılan rayonda kənd adıdır. Kəndin adı V əsrdən xatırlanır və burada 1831-ci ildən yalnız azərbaycanlılar yaşayıb. 1918-1919-cu illərdə kənd erməni təcavüzünə məruz qalaraq deportasiya olunub və kəndə ermənilər yerləşdirilib.
Alagöz - Keşişkənd, sonralar Yeğeqnadzor adlandırılan rayon ərazisində mahal adıdır. Alagöz mahalı Göyçə mahalı ilə həmsərhəd olub.
Alagöz - Talin mahalının mahalının eyni adlı rayonunda kənd adıdır. 1950-ci il iyulun 31-də adı dəyişdirilib Araqadz qoyulub.
Alagöz - Keşişkənd rayonunda qaladır və adı dəyişdirilib Tsaxatskar qoyulub. Eyni zamanda bu ərazidə çay adıdır.
Alagöz - Qərbi Azərbaycanda yeləşən dağın adı dəyişdirilib Araqadz qoyulub.
Alagöz - Paşalı, sonralar Əzizbəyov və Vayk adlandırılan rayonda göl adıdır.
Alagöz - Göyçə gölünün cənub-şərqində yerləşən gölün adı dəyişdirilərək Alliçmedz qoyulub.
Sonda vurğulanır ki, izi itirilən bu toponim də ermənilərin məkrli saxtalaşdırma planlarının bariz nümunəsidir: "Lakin əminik ki, Alagöz adını daşıyan və yaddaşımıza hopan kənd, çay, göl və dağlar yenidən əzəli sahiblərinin gəzdiyi məkanlar olacaq".
Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlədə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Oxşar xəbərlər
Dünya ölkələri AZAL-ın Aktaudakı təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verir
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Azərbaycana məxsus təyyarənin Qazaxıstanda qəzaya uğramasından sonra Azərbaycan dövlətinə və xalqına başsa...