Azər Zahid HƏBS EDİLDİ
"TikTok"da əyləncə yarışları təşkil edən aparıcı Azər Zahid həbs edilib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, sosial şəbəkədə əxlaqsızlığın təbliğ edilməsi ilə bağlı saxlanılan Azərin cinayətləri ortaya çıxıb.
Ona qarşı cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma, qumar oyunları təşkil etmə və başqa maddələrlə ittiham irəli sürülüb.
Prokuror ağır cinayətlərdə təqsirləndirilən aparıcının həbsini istəyib. Təqdimata Nərimanov Rayon Məhkəməsində baxılıb. Hakim Gültəkin Əsədovanın qərarı ilə Azər Zahid barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, "TikTok" əməliyyatı ilə bağlı 15-dən çox saxlanılan var. Onların hamısı istintaqa cəlb edilib.
Oxşar xəbərlər
Xırdalanda uşaq əyləncə mərkəzində başlayan yanğın restorana keçib - Sakinlər danışdı
Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb. Hadisə Xırdalan şəhərində, "AAAF Park" yaşayış kompleksində yerləşən uşaq əyləncə mərkəzində baş verib. Daha son...