Numan Kurtulmuş Sahibə Qafarovaya başsağlığı verib
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş təyyarə qəzası ilə əlaqədar Milli Məclisin sədri Sahibə Qafarovaya başsağlığı verib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd edilib ki, N.Kurtulmuş azərbaycanlı həmkarına zəng edərək "Azərbaycan Hava Yolları" şirkətinə məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar Milli Məclisin sədrinə, qəzada həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib. Yaralıların tezliklə sağalmalarını diləyib.
Spiker Sahibə Qafarova göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.
Oxşar xəbərlər
DİN antiterror əməliyyatında iştirakı ilə bağlı paylaşım edib
Daxili İşlər Nazirliyi (DİN) antiterror əməliyyatında iştirakı ilə bağlı paylaşım edib. BAKU.WS xəbər verir ki, paylaşımda 44 günlük Vətən müharibəsi və 2023-cü...