Naxçıvanın 2025-ci il büdcə layihəsi Ali Məclisdə təsdiq olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcə layihəsi Ali Məclisdə təsdiq olunub.
"Report"un yerli bürosu xəbər verir ki, büdcə layihəsinə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Ali Məclisin payız sessiyasında üçüncü oxunuşda baxılıb.
Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov muxtar respublikanın sosial-iqtisadi inkişafı və 2025-ci il büdcəsi barədə çıxış edib.
Büdcə layihəsi ilə yanaşı, "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2025-ci il üçün xərclər smetası haqqında" qərar layihəsi də səsə qoyularaq qəbul edilib.
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...